“Zirə”dən ayrılan futbolçu Yunanıstan klubunda
“Zirə” ilə yollarını ayıran Anastasios Papazoqlu karyerasını ölkəsində – Yunanıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi 2-ci liqa təmsilçisi “Ksanti”yə keçməyə yaxındır. Bu barədə “Sdna” nəşri məlumat yayıb. Anastasios yeni komandasıyla yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Yunanıstanlı müdafiəçii 2019/20 mövsümünü “Zirə”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin