“Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları məlum olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq. Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button