“Zirə” 2 futbolçusu ilə müqavilə müddətini artırıb
“Zirə” iki futbolçusu ilə müqavilə müddətini artırıb.
Komanda.az kluba istinadən xəbər verir ki, “qartallar” Salifu Suma və İssa Cibrilla ilə yeni sözləşmə imzalayıb.
Yeni müqaviləyə əsasən hər iki futbolçu 2027-ci ilin yayında qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.
İssa Cibrilla 2022, Salifu Suma isə 2023-cü ildən “Zirə”nin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin