“Zidan məni istəsə belə…” – “Çelsi”nin futbolçusu

Zinəddin Zidanın yenidən komandaya qayıtmasından sonra “Real”ın transfer hədəfində olduğu deyilən Nqolo Kante açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi”nin futbolçusu məsələylə bağlı danışaraq, bunları deyib:

“Hazırda “Çelsi”də oynayıram və deyilənlərlə maraqlanmıram. Zidan məni istəsə belə, indi bu, vacib deyil. Çünki ancaq “Çelsi”yə köklənmişəm”.

“Zadəganlar”ın fransalı yarımmüdafiəçi üçün 100 milyon avro tələb etdiyi bildirilir.

Bu mövsüm London klubunun heyətində 43 oyunda iştirak edən 27 yaşlı futbolçu, bu matçlarda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button