“Çelsi” fransalı futbolçu üçün 45 milyon avro ödəyəcək
“Çelsi” “Kristal Pelas”ın vingeri Maykl Olizi transfer etmək üçün prinsipial razılığa gəlib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, “zadəganlar” 21 yaşlı fransalı futbolçu üçün 45 milyon avro (39 milyon funt sterlinq) ödəyəcək.
Olizin “Kristal Pelas”la müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı oyunçunun dəyərini 38 milyon avro qiymətləndirir.
Futbolçu ötən mövsüm “Kristal Pelas”ın heyətində Premyer Liqada 37 oyuna çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin