“Zəfər” turniri: “Qarabağ” “Sabah”la, “Neftçi” “Zirə” ilə qarşılaşacaq

AFFA-nın təşkilatçılığı ilə ardıcıl 4-cü dəfə təşkil ediləcək ənənəvi “Zəfər” turnirinin püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən püşkatma mərasimində milli komandanın məşqçisi Arif Əsədov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak edib.

Turnirdə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar, eləcə də AFFA-nın və PFL-in əməkdaşlarından ibarət komandalar mübarizə aparacaq. Turnirin keçirilməsində əsas məqsəd 44 günlük Vətən Mühabirəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.

Püşkatmanın nəticələrini və oyunların təqvimini diqqətinizə çatdırırıq:

Təsnifat mərhələsi,  6 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz”

“Sabah” – “Qarabağ”

“Neftçi” – “Zirə”

“Sumqayıt” – “Kəpəz”

1/4 final mərhələsi

“Qəbələ” – “Araz-Naxçıvan” / “Turan Tovuz” cütünün qalibi

“Səbail” – “Sabah” / “Qarabağ” cütünün qalibi

AFFA – “Neftçi” / “Zirə” cütünün qalibi

PFL – “Sumqayıt” / “Kəpəz” cütünün qalibi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button