“Yaxın 2-3 ildə karyeramı bitirmək qərarı verə bilərəm” – Klopp
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp gələcək planları ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, növbəti 2-3 il içərisində karyerasını bitirə biləcəyini deyib:
“Gələcək karyeramla bağlı heç bir fikrim yoxdur. Qarşıdakı illərdə nə baş verəcək, bilmirəm. Hər şey ola bilər, bəlkə də, yaxın 2-3 il içərisində karyeramı bitirmək qərarı verə bilərəm.
Yüz faiz belə olacaq demirəm, amma bunları deyirəm ki, baş versə, təəccüblənməyin”.
52 yaşlı mütəxəssisin “qırmızılar”la müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin