“Yuventus”un yeni prezidentinin adı məlum olub

İtaliyanın “Yuventus” klubunun yeni prezidenti məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə Turin klubuna nəzarət edən “Exor” holdinq qərar çıxarıb.

“Yuventus” Canluka Ferreroya tapşırılacaq. Ferrero bu vaxtadək “Fincantieri”, “Lavazzara”, “Biotronik”, “Praxi”, “Gedi”, “Nuo”, “Fenera” və “Lifenet” kimi şirkətlərdə menecer, mühasib və auditor kimi çalışıb. O, “Piedmont” bankının da vitse-prezidentidir.

Ötən gün “Yuventus”un prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button