“Yuventus”un xalları yenidən silindi

İtaliya Futbol Federasiyası yenidən “Yuventus”un xallarını silib.

Komanda.az xəbər verir ki, Turin klubu bu dəfə 10 xalından məhrum olub.

Klub əməkhaqqı hesabatlarının manipulyasiyasına görə bu cəza ilə üzləşib.

Bu cəzanın ardından komanda 2-ci sıradan 7-ci pilləyə düşüb. Turinlilərin hesabında hazırda 59 xal var.

Xatırladaq ki, daha əvvəl İtaliya Futbol Federasiyası maliyyə fırıldağına görə bu komandanın 15 xalını silmişdi. Amma ötən ay həmin silinmiş xalların müvəqqəti olaraq bərpa olunduğu açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button