Dibala Premyer Liqanın daha bir klubunun hədəfində

“Yuventus”un hücumçusu Paulo Dibala İngiltərənin daha bir klubunun maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” argentinalı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, London klubu Dibala üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır. “Qoca sinyora”nın Dibala üçün gələcək təklifləri nəzərdən keçirəcəyi bildirilir.

“Yuventus” 27 yaşlı futbolçunun cari mövsümdəki çıxışından razı deyil.

Dibalanın klubla müqaviləsi 2022-ci ildə başa çatacaq. Onun adı “Mançester Yunayted”lə də yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button