“Yuventus”un silinən xalları bərpa olundu
İtaliyanın “Yuventus” klubunun silinən 15 xalı geri qaytarılıb.
Komanda.az xəbər verir ki, maliyyə fırıldağında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.
İtaliya İdman İdarəsinin qərarından sonra xallarını 59-a çatdıran “qoca sinyora” 7-ci sıradan 3-cü pilləyə yüksəlib.
Müvəqqəti xarakter daşıyan qərar məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacaq.
Xatırladaq ki, İtaliya Futbol Federasiyasının Məhkəməsi bu ilin yanvarında “Yuventus”un 15 xalını silmişdi. Bundan sonra komanda turnir cədvəlinin 10-cu pilləsinə düşmüşdü və Çempionlar Liqasının növbəti mövsümü üçün vəsiqə şansını itirmək riski ilə üzləşmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin