“Yuventus”un futbolçularının evi qarət olunub
“Yuventus”un futbolçuları – sevgili olan Duqlas Luis və Alisa Lemannın evi hər iki idmançının yoxluğunda qarət edilib.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Turin klubunun qadınlardan ibarət komandasında çıxış edən Lemann səfərdə olub. Duqlas Luis isə A Seriyasında “Latsio” ilə oyundan (1:0) sonra nahar edib.
Oğrular evdən təxminən yarım milyon avro dəyərində 11 saat, həmçinin onlara məxsus bir neçə brilliant zinət əşyası götürüblər. Turindəki villada həyəcan siqnalı yerli vaxtla saat 01:30 radələrində işə düşüb və polis araşdırma aparmaq üçün hadisə yerinə gəlib.
Duqlas Luis və Lemann yayda “Aston Villa”dan “Yuventus”a keçiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin