Pirlo “Yuventus”dakı işinə qiymət verdi
“Yuventus”un baş məşqçisi Andrea Pirlo açıqlama verib.
Komanda.az xəbər verir ki, “Sky Sport İtalia”ya danışan Pirlo, Turin klubundakı işini dəyərləndirib:
“Hər məşqçi özünü yaxşı tərəfdən göstərməyə çalışır. Mən ilk məşqçi təcrübəmi yaşayıram. Futbol uşaqlıqdan xəyalım olub və hər zaman özümü daha da inkişaf elətdirməyə çalışıram.
“Yuventus”dakı işimi 10 ballıq sistemlə dəyərləndirsəm, özümə 6 bal verərdim. Bilirəm ki, daha çox çalışmalıyam. Matçlarda əsas fikrim komandamın rəqiblərə təzyiq göstərməsi, oyunun hakimi olmasıdır. Bir sıra səbəblərə görə bunu edə bilmirik. Lakin komandamda oyun ruhunu görürəm və üzərimizdə çalışmağa davam edəcəyik”.
“Yuventus” A Seriyasında 62 xalla 3-cü sıradadır. Turin təmsilçisi lider “İnter”dən 12 xal geri qalır.
Bizi Facebook-da izləyin