“Bu komanda ilə hər şey əyləncəli olacaq” – “Yuventus”un futbolçusu

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “qoca sinyora”da xoşbəxt olduğunu deyib:

“Mauritsio Sarrinin futbol fəlsəfəsini nəzərə alsaq, mənim mövqeyim vacibdir. Vacib olan yaxşı oyun göstərməkdir. Bu komanda ilə hər şey əyləncəli olacaq. Heç vaxt “Yuventus”u tərk etməyi düşünməmişəm. Əvvəlki baş məşqçimiz Massimiliano Alleqri ilə də yaxşı münasibətim var idi.

“Yuventus”da xoşbəxtəm, ətrafımda fantastik futbolçular var. Burda daha yaxşı olmaq və yeni gələn komanda yoldaşlarıma kömək etmək istəyirəm. “Yuventus”la birlikdə Çempionlar Liqasını qazanmağı arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button