“Yuventus”dan Dibalaya yeni təklif
İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə bağlı qərarını verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” argentinalı futbolçuya yeni anlaşma təklif edib. “Yuventus” futbolçuya 2025-ci ilədək nəzərdə tutulan yeni müqavilə təklif edib. Dibala yeni müqavilə ilə illik 10 milyon avro məvacib tələb edir. Artıq tərəflər arasında yeni müqavilə üçün danışıqların başlandığı bildirilir.
2015-ci ildən “Yuventus”un şərəfini qoruyan 26 yaşlı futbolçunun hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 28 oyunda 11 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin