“Yuventus”dan “Çelsi”yə

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçisi Denis Zakariya ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi onu İngiltərənin “Çelsi” klubuna icarəyə verib.

İsveçrədən olan futbolçu satınalma şərti ilə icarəyə götürülüb. London klubu bu keçidə görə turinlilərə 3 milyon avro ödəyib. Bonuslarla bu məbləğ 4 milyona çata bilər. “Çelsi” Denisin transfer hüquqlarını da almaq istəsə, italyanlara daha 28 milyon avro ödəməli olacaq.

İtaliya nəhəngi Denis Zakariyanı bu ilin yanvarında Almaniyanın “Borussiya” (Münhenqladbax) klubundan 8,6 milyon avroya almışdı. O, Turin təmsilçisinin heyətində cəmi 15 oyuna çıxıb və 1 qol vurub. İsveçrə yığmasının üzvü daha öncə “Servett” və “Yanq Boyz” klublarının da formasını geyinib. O, millidə 40 oyunda 3 qola imza atıb.

“Yuventus”un daha bir yarımmüdafiəçisi – Marko Pyatsa da “Empoli”yə icarəyə verilib. 27 yaşlı vinger də mövsümün sonuna kimi icarədə olacaq. 2016-cı ildə Zaqreb “Dinamo”sundan 30 milyon avroya alınmış xorvatiyalı futbolçu Turin klubunda cəmi 21 oyuna çıxıb və 1 qol vurub. O, daha öncə “Şalke”, “Fiorentina”, “Anderlext”, “Cenoa” və “Torino”da da icarədə oynayıb. Vətənində Zaqrebin digər təmsilçisi “Lokomotiva”da da oynamış yarımmüdafiəçi, Xorvatiya yığmasında 24 oyuna çıxıb, cəmi 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button