“Yuventus”a qarşı yeni ittiham irəli sürüldü!

İtaliya Futbol Federasiyası (FIGC) “Yuventus”a qarşı yeni ittiham irəli sürüb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “qoca sinyora” bu dəfə maaş maxinasiyasında günahlandırılır. Turin təmsilçisinin bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə etdiyi bildirilib.

İddiaya əsasən, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri süni şəkildə azaltmaq məqsədi daşıyıb.

Öncədən İtaliya Futbol Federasiyası maliyyə fırıldaqçılığına görə “Yuventus”un 15 xalını silib. Lakin ötən ay komandanın xalları yenidən bərpa olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button