“Atletiko”yla oyundan əvvəl “Yuventus”da ağır itki
“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Atletiko”yla qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi bu qarşılaşmada futbolçusu Sami Kxediranın köməyindən istifadə edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Tibbi müayinələrdən sonra Kxediranın ürəyində ritm pozğunluğunun olduğu ortaya çıxıb. Həkimlər alman futbolçunun ürəyinin anormal şəkildə sürətlə döyündüyünü bildirib. Kxedira bu səbəbdən “Atletiko” ilə oyun üçün təqdim olunan heyətdən çıxarılıb.
Kxedira bu mövsüm İtaliya A Seriyasında 9 qarşılaşmada iştirak edərək, iki qol vurub.
“Atletiko” – “Yuventus” matçı bu gün, saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin