“Yuventus”a ağır zərbə: 15 xalı silindi!
İtaliya A Seriyası rəhbərliyi “Yuventus”u ağır cəzalandırıb.
Komanda.az xəbər verir ki, Turin klubunun bu mövsüm topladığı xalların 15-i silinib.
Buna klubun fəaliyyətində yol verdiyi maliyyə pozuntuları səbəb göstərilib.
Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 10-cu sıraya enib.
Eyni zamanda, klub rəhbərliyində yer almış Paratiçi 2.5, Anyelli və Arrivabene 2 il, Çerubini 1 il 4 ay, Nedved isə 8 ay diskvalifikasiyaya məruz qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin