“Yuventus”la “İnter” geri çəkildi – Dani Alveşin tələbi qarşısında
İtaliyanın “Yuventus” və “İnter” klubları son olaraq PSJ-də forma geyinən Dani Alveşin transferindən imtina ediblər.
Komanda.az Braziliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb, azad agent statusu daşıyan futbolçunun yüksək məvacib tələb etməsidir. 36 yaşlı müdafiəçinin illik 7 milyon avro+imza pulu tələb etməsi “Yuventus” və “İnter”in bu transferdən imtinasına səbəb olub.
“Sevilya”nın maraq dairəsində olan futbolçunun “Mançester Siti”də oynamaq istədiyi bildirilir.
2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin