“Yuventus” serbiyalıya illik 6 milyon avro ödəməyə hazırdır

“Milan”ın da transfer etmək istədiyi Sergey Milinkoviç-Saviç uğrunda mübarizədə “Yuventus” daha üstün vəziyyətdədir.

Komanda.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, Turin klubu “Latsio”nun 28 yaşlı yarımmüdafiəçisinə ildə 6 milyon avro ödəməyə hazırdır.

“Latsio” Serbiya millisinin üzvü üçün 40 milyon tələb edir. Lakin Milinkovic-Saviçin klubla müqaviləsi 2024-cü ilin iyununda bitəcəyi üçün onun 30 milyona satılması da mümkündür.

Serbiyalı yarımmüdafiəçi son mövsümdə A Seriyasında 35 matçda 9 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button