“Yuventus” Ronaldo ilə sövdələşmə sənədlərini məhv edib?
“Yuventus”un maliyyə pozuntuları ilə bağlı araşdırma zamanı məlum olub ki, səlahiyyətli şəxslər komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo ilə gizli sövdələşmələrlə bağlı sənədləri məhv ediblər.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. Keçən il “Yuventus”un mənzil-qərargahında aparılan axtarışlar zamanı Ronaldonun müqavilə və maaş borclarına görə şəxsi razılaşma ilə bağlı telefon danışıqları dinlənilib. Portuqaliyalı ilə bağlı məxfi sənədlərin klub rəsmiləri tərəfindən məhv edildiyi güman edilir.
Daha əvvəl məlum olmuşdu ki, 37 yaşlı Ronaldo “Yuventus”un prezidenti Andrea Anyellinin şübhəli bilindiyi dələduzluq işi üzrə prokurorlarla əməkdaşlıqdan imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin