“Yuventus” PSJ-nin hücumçusunu icarəyə götürmək istəyir

“Yuventus” PSJ-nin hücumçusu Randal Kolo-Muani ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu baş məşqçi Luis Enrikenin planlarına daxil deyil, ona görə də, klub rəhbərliyi yanvarda onunla ayrılmaq imkanını nəzərdən keçirəcək.

Kolo-Muanini “Yuventus”da görmək istəyirlər. Turin klubu 26 yaşlı futbolçunu yanvarda icarəyə götürməyi düşünür. Müqavilə çox güman ki, satınalma variantını da əhatə edəcək.

Randal Kolo-Muani, Enrikenin qərarına görə, son iki matçda PSJ-nin heyətindən kənarda qalıb. O, ümumilikdə bu mövsüm 14 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button