“Yuventus” onu 20 milyon avroya satdı
İtaliya çempionu “Yuventus” qapıçısı Emil Audero ilə birdəfəlik vidalaşıb.
Komanda.az xəbər verir ki, Turin klubu İndoneziya əsilli qolkiperini A Seriyasının digər təmsilçisi “Sampdoriya”ya satıb. Bu barədə “Yuventus”un rəsmi saytı məlumat yayıb.
Audero bu mövsümün əvvəlindən məhz “Sampdoriya”da icarədə idi. Sözügedən klub buna görə turinlilərə 1 milyon avro icarə haqqı ödəmişdi. Lakin Audero cari mövsümdə bu komandada bütün oyunlarda əvəzedilmədən oynadığına və əsas heyət üzvünə çevrildiyinə görə, onun transfer hüququ da alınıb. “Sampdoriya” buna görə “Yuventus”a əlavə 20 milyon avro ödəyib.
Məhz “Yuventus”un yetirməsi olan, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif millilərində oynamış Audero, ötən mövsümü “Venetsiya”da icarədə keçirib.
Bizi Facebook-da izləyin