Derbidə heç-heçə, “İnter”dən qələbə
İtaliya A Seriyasında 2-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda SPAL “Bolonya” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.
Şənbə günü iki görüş baş tutub. Öncə “Milan” “Breşiya”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.
Turun mərkəzi görüşündə “Yuventus” doğma azarkeşləri qarşısında “Napoli”ni qəbul edib. Bütövlükdə 7 qolun qeydə alındığı bu qarşılaşmada da qələbəni meydan sahibləri bayram ediblər.
“Roma” isə bu turda əzəli rəqibi “Latsio” ilə üz-üzə gəlib. Paytaxt derbisi heç-heçə yekunlaşıb.
İtaliya A Seriyası, 2-ci tur
30 avqust
Bolonya – SPAL 1:0
Qol: Soriano, 90+3.
31 avqust
Milan – Breşiya 1:0
Qol: H.Çalhanoğlu, 12.
Yuventus – Napoli 4:3
Qol: Danilo, 16. İquayn, 19. Ronaldo, 62. Kulibali, 90+2-öz qapısına – Manolas, 66. Lozano, 68. Di Lorenso, 81.
1 sentyabr
Latsio – Roma 1:1
Qol: Alberto, 58 – Kolarov, 17-pen –
Atalanta – Torino 2:3
Qol: Sapata, 38; 54 – Bonifazi, 24. Berenger, 57. İzzo, 66.
Kalyari – İnter 1:2
Qol: J.Pedro, 50 – L.Martines, 25. Lukaku, 72-pen.
Cenoa – Fiorentina 2:1
Qol: Sapata, 11. Kouame, 65 – Pulqar, 76-pen.
Leççe – Verona 0:1
Qol: Pessina, 81.
Sassuolo – Sampdoriya 4:1
Qol: Berardi, 29; 36; 43. Traore, 47 – Kvalyarella, 67-pen.
Udineze – Parma 1:3
Qol: Lasanya, 17 – Jervinyo, 43. Qalyolo, 59. İnqlese, 75.
Bombardir: Dominiko Berardi (Sassuolo) – 3 qol.
Bizi Facebook-da izləyin