“Yuventus”u məğlub etdi, dəyəri 342,8 milyon avroya yüksəldi!

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Yuventus” “Ayaks”a məğlub olaraq (1:2), turnirlə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu məğlubiyyətlə “Yuventus” səhmləri 453 milyon dollar itirib.

“Ayaks” isə illik gəlirlərini üç dəfə yüksəltmək şansı qazanıb. “Bloomberg” şirkəti tərəfindən hazırlanan məlumatlara görə, “Ayaks” 2018-ci ildə gəlirini 92 milyon avroya yüksəltmişdi. “Yuventus” üzərində qələbədən sonra “Ayaks”ın klub dəyəri 342,8 milyon avroya yüksəlib.

“Yuventus” isə 22 faiz geriləyib. A Seriyası təmsilçisinin klub dəyəri 1,3 milyard avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button