Sarri açıqladı: Ronaldo özünü yaxşı hiss etmir
“Yuventus” İtaliya A Seriyasının 13-cü turunda “Atalanta” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Kriştiano Ronaldo sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Mauritsio Sarri yerli mətbuata açıqlamasında deyib. O, Ronaldonun özünü yaxşı hiss etmədiyini və “Atalanta” ilə oyunda olmayacağını bildirib.
Sabah keçiriləcək “Atalanta” – “Yuventus” matçı saat 18:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin