“Yuventus” hücumçusunu satdı
İtaliya çempionu “Yuventus” futbolçusu Alberto Çerri ilə yollarını birdəfəlik ayırıb.
Komanda.az xəbər verir ki, Turin təmsilçisi 22 yaşlı hücumçusunu A Seriyasının digər təmsilçisi “Kalyari”yə satıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Kalyari” italiyalı futbolçunun transferinə görə turinlilərə 9 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 2015-ci ildə “Parma”dan “Yuventus”a keçən Çerri mövsümün əvvəlindən “Kalyari”də icarə əsasında çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin