Dibala məsələsinə nöqtə qoyuldu
İtaliyanın “Yuventus” klubunun hücumçusu Paulo Dibalaya yeni müqavilə təklif edəcəyini xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər yeni müqavilə ilə bağlı razılığa gəliblər. “Qoca sinyora” argentinalı futbolçuya 2025-ci ilədək nəzərdə tutulan yeni müqavilə təklif edib. Futbolçunun klubun şərtləri ilə razılaşdığı bildirilir.
Müqavilənin uzadılması ilə bağlı rəsmi xəbərin tezliklə açıqlanması gözlənilir.
2015-ci ildən “Yuventus”un şərəfini qoruyan 26 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin