“Yuventus” 9 milyon avro təklif etdi, o isə…
İtaliyanın “Yuventus” klubu hücumçusuna yeni müqavilə təklif etməyə hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Paulo Dibala ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. 2024-cü ilədək nəzərdə tutulan yeni müqaviləyə əsasən, klub argentinalı futbolçunun illik məvacibini 9 milyon avroya qədər artıracaq. Buna baxmayaraq, Dibalanın Turin klubundan illik 10 milyon avro məvacib tələb etdiyi bildirilir.
2015-ci ildən “Yuventus”un şərəfini qoruyan 26 yaşlı futbolçunun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur. O, bu mövsüm bütün turnirlər nəzərə alınmaqla iştirak etdiyi 17 oyunda 7 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin