Yurçeviç Dadaşovu milliyə dəvət etdi
Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin dəvət göndərdiyi ilk futbolçunun adı müəyyənləşib.
Komanda.az xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Almaniyanın “Proyssen” klubunun formasını geyinən Rüfət Dadaşovu yığmaya çağırıb. 27 yaşlı hücumçu 17 – 25 martda millinin düşərgəsində yer alacaq.
Dadaşov bu səbəbdən martın 23-də Münster təmsilçisinin 3-cü liqanın 30-cu turunda “Unterxaxinq”lə ev oyununda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin