Yunanıstan millisinin üzvü Almaniyada klubunu dəyişdi
Almaniyanın “Boxum” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın müdafiəçisi Konstantinos Stafilidisi heyətinə qatıb.
Bu barədə “Boxum”un rəsmi saytı məlumat yayıb. 27 yaşlı yunan futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
Yunanıstan millisinin də üzvü olan Stafilidis daha öncə PAOK, “Bayer”, “Fulhem”, “Auqsburq”, “Stok Siti” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin