Yüksək Liqada 3-cü dövrəyə yekun vuruldu

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrənın son turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan 15-ci turun ilk matçında liderlər – “Neftçi” və “Murov” üz-üzə gəlib.

Görüşün 5 set davam edəcəyi gözlənilsə də, Fərid Cəlalovun komandası asan qələbəyə sevinib. İlk seti 25:20 hesabı ilə qalib gələn “Murov” növbəti hissələrdən də 25:23 və 25:20 hesabı ilə üstün ayrılıb – 3:0.

3-cü dövrənin son matçında isə “Sərhədçi” və MOİK görüşüb. MOİK rəqibini üç setdə məğlub edərək dövrəni qələbə ilə başa vurub – 3:0 (25:12, 25:14, 25:19).

Beləliklə, üç dövrədən sonra “Murov” 32 xalla turnir cədvəlinə liderliyini davam etdirir. Onlardan 4 xal geri qalan “Neftçi” ikinci pillədədir. Bu gün qalib gələn MOİK 21 xalla üçüncüdür. Bu turda istirahət edən “Ekspress”in 6, “Sərhədçi”nin isə 3 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button