“Həmişəki yüksək səviyyəmizdə oynaya bilmədik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a məğlub olmaları (1:3) haqqında danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə stinadən xəbər verir ki, o, rəqibin necə qalib gəldiyini açıqlayıb:

“Real” böyük güclə irəliləyirdi. Eder Militao, Rodriqo, Vinisius Junior, Benzema… Hamısı cərimə meydançamıza getdi. “Real” davamlı olaraq cinahlardan yükləndi və nəticədə iki qol vurdu. Həmişəki yüksək səviyyəmizdə oynaya bilmədik. Futbolçular təzyiq hiss edirdilər və bu, yarımfinal üçün normaldır. Futbol belədir, bz bunu qəbul etməliyik”.

Mayın 28-dəki final oyununda “Real” “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button