“Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm”

“Neftçi”nin müdafiəçisi Tural Axundov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “SKA-Xabarovsk” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında sınaq matçlarının faydalı olduğunu bildirib:

“Toplanışın əvvəlində məşqlər ağır keçir. Bununla belə, sınaq matçlarının olması həm oyun təcrübəsi, həm də özümüzü göstərmək baxımından faydalıdı. İlk görüş idi deyə, çətin oldu. Yaxşı ki, birinci hissədə qollarımızı vurduq. Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button