Yeniyetmə və gənclərin ölkə birinciliyinə start verilib
Bu gün qılıncoynatma üzrə yeniyetmə və gənclərin ölkə birinciliyinə start verilib.
Komanda.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışın ilk günündə yeniyetmə qılıncoynadanlar arasında sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.
Yarış Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalib və mükafatçıları diplom və medallarla təltif ediliblər.
Sablya
Oğlanlar
- Abbas Hüseynov
- Nəcəf Şabanlı
- Ayxan İslamzadə, Daniel Verstakovas
Qızlar
- Valentina Zeynalova
- Leyla Əhmədova
- Fərəh Abasova, İrina Lobas
Şpaqa
Oğlanlar
- Mirxətai Məmmədov
- Abbas Səmədli
- Üzeyir Əlizadə, Misir Oruczadə
Qızlar
- Esnat Mirzəyeva
- Nəzrin Mehdiyeva
- Minayə Qəribzadə, Xatun Bayramova
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin