“Mançester Yunayted” böyük klubdur” – Yeni transfer

“Mançester Yunayted”in yeni oyunçusu Coşua Zirkze komandası ilə keçirdiyi ilk matçda klubuna qələbə qazandırıb (1:0), o, “Fulhem”lə oyunda fərqlənib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı futbolçu belə klubun bir hissəsi olaraq istənilən matçda yüz faiz nəticə vermək məcburiyyətində olduğunu bildirib:

“Baş məşqçi məndən oyuna mümkün qədər çox enerji qatmağımı istədi. “Mançester Yunayted” böyük klubdur. Belə bir klubda oynayaraq, hər matçda özünü ən yüksək həddə çatdırmağa borclusuz”.

“Mançester Yunayted” ötən mövsümü 8-ci yerdə başa vurub. Komanda növbəti turda “Brayton”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button