Yeni müqavilə bağlayacaq – Daha yaxşı şərtlərlə

“Mançester Yunayted” müdafiəçisi Lisandro Martineslə daha yaxşı şərtlərlə yeni müqavilə bağlaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi artıq 25 yaşlı argentinalı ilə yeni müqaviləni müzakirə etsə də, hələlik rəsmi təklif olmayıb.

Martines keçən yay “Ayaks”dan “Mançester Yunayted”ə keçib. O, Mançester komandasının heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button