Keçmiş futbolçu MY – “Çelsi” matçı haqda: “Sanki məhlə komandaları oynayırdı”
“Liverpul”un sabiq yarımmüdafiəçisi Ceymi Redknapp İngiltərə çempionatının 10-cu turunda “Mançester Yunayted”in “Çelsi”yə qarşı keçirdiyi oyunu şərh edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, matçı izləməyin çətin olduğunu bildirib:
“Bəzən sanki məhlə komandaları oynayırdı. Matçı izləmək çətin idi. “Mançester Yunayted” bu mövsüm daha pis futbol nümayiş etdirir. Komandanın hansı oyunçularının indi yaxşı olduğunu və hansının motivasiyasını itirdiyini başa düşə bilmirəm. Yeni baş məşqçi bunu həll etməli olacaq”.
“Old Trafford”da baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.
“Mançester Yunayted” bu matçdan sonra 12 xalla Premyer Liqada turniri cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin