Yenə “Qarabağ”, yenə Koyta iddiaları

“Trabzonspor”un qvineyalı futbolçusu Benqali-Fode Koyta karyerasını “Qarabağ”da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda icarə əsasında “Kasımpaşa”da çıxış edən 33 yaşlı hücumçu mövsümün sonunda komandasını dəyişəcək. Forvardın trabzonlularla sözləşməsi davam etsə də, “bordo-mavililər”in çalışdırıcısı Abdullah Avcı onun xidmətində maraqlı deyil.

Bu səbəbdən, Koyta indidən yeni təklifləri nəzərdən keçirir. Futbolçu Super Liqanın digər komandalarının təkliflərini qəbul etməyib. Oyunçunun meneceri onun “Qarabağ”a keçidi üçün çalışır. O, bunun üçün Trabzonda yerli klub nümayəndələri ilə görüşüb. Menecer Qaradəniz təmsilçisini razı salsa, hücumçu cari mövsümün sonunda “Qarabağ”a keçəcək.

Keçən ilin payızında da Koytanın “Qarabağ”a keçəcəyi haqda məlumatlar var idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button