Yaponiyada “el klasiko” olacaq

“Barselona” və “Real” arasında Yaponiyada “el klasiko” baş tutacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün təşkili çərçivəsində xüsusi internet saytı yaradılıb, orada bütün faydalı məlumatlar, o cümlədən bilet satışı və iştirakçılar haqqında məlumatlar yerləşdirilib. Oyunun qonaqları arasında Andres İnyesta, Xavi, Xavyer Maskerano, Rivaldo, Xavyer Saviola, Ludovik Jüli, Rafael Markes, Bojan Krkiç, Adriano, Roberto Karlos, Luiş Fiqu, İker Kasilyas, Steven Makmanaman, Savio, İvan Kampo, Julio Baptista və digər ulduzlar olacaq.

Bu, “Barselona”nın sabiq oyunçusu İnyestanın futboldan ayrılması ilə eyni vaxta təsadüf edəcək. Oyun dekabrın 15-də, Tokyoda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button