Kaqavanın yeni klubu bilindi
Yaponiya milli komandasının sabiq futbolçusu Şindzi Kaqavanın yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Belçikanın “Sent-Trüden” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaqava ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Karyerası ərzində Almaniyada “Borussiya” (Dortmund), İngiltərədə “Mançester Yunayted”, Türkiyədə “Beşiktaş”da çıxış edən Kaqava son olaraq Yunanıstanın PAOK klubunun uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin