Yamalla 6 illik müqavilə imzalandı

“Barselona” Lamin Yamalla 6 illik yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, 17 yaşlı cinah hücumçusu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində müqaviləni “Barselona”nın prezidenti Xuan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekunun iştirakı ilə imzalayıb.

Yamal 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button