Yamalın qiyməti 30 milyon avro artıb

İspaniya millisinin üzvü Lamin Yamal 2024-cü il Avropa çempionatında uğurlu çıxışından sonra yeni dəyər qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın rənglərini qoruyan 17 yaşlı futbolçunun qiyməti 120 milyon avro olub.

 İspaniyalı vingerin qiyməti 30 milyona qədər artıb – əvvəllər onun qiyməti 90 milyon avro idi.

Yamal bu yay İspaniya millisi ilə Avropa çempionu olub. İspanlar turnirin final matçında İngiltərə millisini 2:1 hesabı ilə məğlub ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button