
Yamalın atası “Real” azarkeşlərinə səsləndi
“Barselona”nın 17 yaşlı vingeri Lamin Yamalın atası Munir Nazraui “Real” azarkeşlərinə müraciət edib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, azarkeşlərdən oğluna hörmətli davranmalarını istəyib:
“Lamin təkcə “Barselona” üçün yox, həm də ölkə yığması üçün oynayır. Bu yaşda 100 oyuna çıxan bir gənci təqdir etmək lazımdır. Onun haqqında pis danışılmasını xoşlamıram. Tənqid etmək lazım deyil. Axı “Barselona” azarkeşləri “Real”ın gənc istedadlarını təhqir etmir”.
Yamal bu mövsüm La Liqada 30 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin