“Barselona”nın futbolçusundan yeni rekord
“Barselona”nın vingeri Lamin Yamal Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə ilk oyunda (1:1) 80 dəqiqə meydanda olub.
Komanda.az xəbər verir ki, ispaniyalı hücumçu Çempionlar Liqasının pley-off mərhələsində çıxış edən ən gənc oyunçu olub. Rekord qeydə alınarkən Yamalın 16 yaş 223 günlük yaşı olub.
Yamal bu mövsüm 35 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin