
Yamal “Valensiya” ilə oyunu buraxa bilər
“Barselona”nın futbolçusu Lamin Yamal La Liqanın 4-cü turunda “Valensiya” ilə oyun ərəfəsində komanda ilə birgə məşqə çıxmayıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 18 yaşlı vinger fərdi proqram üzrə zalda çalışıb.
Yamal İspaniya millisində olarkən aldığı zədənin təsirindən narahatlıq hiss edir və buna görə də, onun “yarasalar”a qarşı görüşdə iştirakı sual altındadır.
“Barselona” – “Valensiya” oyunu sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



