Yamal Ronaldonun oğlu ilə görüşüb

“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal Portuqaliyada istirahətdə olarkən Kriştiano Ronaldonun oğlu ilə görüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 17 yaşlı futbolçu Avropa çempionatından sonra məzuniyyətdədir. O və kiçik Ronaldo Yamalın atası tərəfindən sosial şəbəkədə yayımlanan şəkil çəkdiriblər.

Yamal Almaniyada keçirilən Avropa çempionatında ən yaxşı gənc futbolçu seçilib. İspaniya millisi turnirin final matçında İngiltərə yığması üzərində 2:1 hesablı qələbəni bayram edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button