Yamal məyus olub
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın UEFA Çempionlar Liqasında “Atalanta” ilə matçda (2:2) əvəzlənməsinə reaksiyasını şərh edib.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Yamalın məyus olduğunu bildirib:
“Yamal məyus oldu, amma matçın sonunda nəyisə dəyişmək istədim. Son dəqiqələrdə qələbə qazanacağıma ümid edirdim. Bununla belə, yekunda hesab heç-heçə olaraq qaldı”.
Kataloniya klubu Çempionlar Liqasının ümumi mərhələsini 19 xalla başa vurub. Flikin komandası 2-ci yerdən birbaşa 1/8 finala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin