“Bu “qızıl top” nominasiyası hələ başlanğıcdır”
“Barselona”nın vingeri Lamin Yamal “qızıl top”a namizədlər siyahısına salınması xəbərinə münasibət bildirib.
Komanda.az “Barca Buzz”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”da əla mövsüm keçirdiyini deyib:
“Barselona”da əla mövsüm keçirdim. Bu “qızıl top” nominasiyası hələ başlanğıcdır. Mən daha çox çalışmaq və komandama fayda vermək istəyirəm”.
17 yaşlı vinger İspaniya çempionatının yeni mövsümündə 4 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Yamal bu yay Avropa çempionatını qazanan İspaniya millisinin əsas oyunçularından biri olub.
“Qızıl top” mükafatının qalibi ilin sonunda elan olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin